ABŞ-da televiziya kanalının əməkdaşını canlı yayım zamanı avtomobil vurub.
Medianews.az xəbər verir ki, hadisə Qərbi Virciniya ştatında baş verib.
WSAZ-TV-nin müxbiri Tori Yorqey canlı yayımda əlaqə saxlayan zaman avtomobilin ona çırpılmasından şoka düşüb . Müxbir qəzadan yüngül xəsarətlərlə sağ çıxsa da, studiyadakı xəbər aparıcısının qəza zamanı böyük şokda olduğu gözdən qaçmayıb.
Su qıtlığı ilə bağlı canlı yayıma qoşulan müxbir Tori Yorqey saniyələr ərzində yenidən kamera qarşısına keçib və heç nə olmamış kimi yayıma davam edib.
Aparıcı hadisədən dərhal sonra bunları deyib: “Nə baş verdiyini anlamadın. Bütün həyatım gözümün önündən keçdi, amma narahat olmayın, hər şey yaxşıdır”.
Qəzadan sonra avtomobilin sürücüsü Yorqeydən üzr istəyib. Müxbir sürücüyə yaxşı olduğunu bildirib.
Yayımdan sonra görüntülər sosial mediada gündəm olub. Sosial şəbəkə istifadəçiləri Yorqeyi işinə sadiqliyinə görə tərifləyiblər. Yayımdan sonra Yorqeyin ehtiyat tədbiri olaraq xəstəxanaya aparıldığı, səhhətinin yaxşı olduğu bildirilib.
Turan Oruc
Medianews.az