“Çin yeni dünya nizamının sütunlarından biridir”.
Medianews.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.
“Rəsmi Budapeşt Ukraynadakı münaqişəni həll etmək üçün Çinin sülh planını dəstəkləyir. Bu gün Avropa müharibənin tərəfindədir yeganə istisna Macarıstandır, o, dərhal atəşkəs və sülh danışıqlarına çağırır və sülh üçün bütün beynəlxalq səyləri dəstəkləyir”, – o, Çin dövlət başçısı Si Cinpinlə birgə mətbuat konfransı zamanı qeyd edib.
Ayşən