“Ermənistan sülhə, beynəlxalq müqavilə sazişinə can atır.”
Medianews.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hesab edirik ki, sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq. Biz bölgədəki nəqliyyat kanallarını açmaq üçün irəli gedə bilərik”.
O, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişi imzalamağa yönəldiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan 2024-cü ilin noyabrına qədər Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır.
Ayşən