Qadım əmlakçı Səma Kılıç İstanbulda maşınına minərkən hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, ayağından yaralanan qadın xəstəxanada müalicə olunarkən həyatının təhlükədə olmadığı öyrənilib.
Hücum edən naməlum şəxs hadisə yerindən qaçıb. Hücum anı təhlükəsizlik kamerasına əks olunub.
Dəhşətli hadisə dünən səhər saatlarında İstanbulda İsmətpaşa Məhəlləsində baş verib. Evindən çıxan əmlakçı Səma Kılıç avtomobilinə minərkən silahlı hücuma məruz qalıb. Ayağına dəyən güllədən yaralanan S.Kılıç yerə yıxılıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları sövq edilib.
İlkin tibbi yardımdan sonra həkimlər yaralı qadını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.
Müalicə altına alınan qadının həyati təhlükəsinin olmadığı öyrənilərkən, Sultanqazi Asayiş Büro qrupları təcavüzkarı tutmaq üçün araşdırmalara başlayıb.
Turan Oruc
Medianews.az