Futbol mütəxəssisi Pep Qvardiola Andorradaki bank hesabını qaydaya salmaq üçün vergi amnistiyasından istifadə edib.
Musavat.com xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinin xəbərinə görə, “Mançester Siti”nin baş məşqçisi Qətərdə bir komandada oynayarkən maaşını orada banka yatırıb və “Barselona” klubunda çalışarkən bunu İspaniyanın vergi orqanlarına bildirməyib.
Hazırda vergi amnistiyasından istifadə edən Qvardiola aradan keçən dörd il ərzində əldə etdiyi faizdən 10% rüsum ödəyərək təxminən 500.000 avroluq məbləğlə bağlı məsələni yoluna qoyub.
Kamilə,
Musavat.com