Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır.

Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.