“Kreml baş nazir Nikol Paşinyanın rusiyalı sərhədçilərin postlarının Azərbaycan-Ermənistan sərhədi boyu yerləşdirilməsi təklifini şərh etmir”.
Modern.az xəbər verir ki, bu barədə prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov söyləyib.
“Rusiya Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin bərpa olunması üçün səylər göstərib. İşlər davam etdirilir”-deyə Peskov əlavə edib.