Misirdə üç dost bir araya gələrək suda gedə bilən bir avtomobil düzəldiblər.
Medianews.az ixtiraçılar bu vaxta qədər 12 maşın düzəltdiklərini və satışa hazır olduqlarını bildiriblər.
Qiymətlər xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Bir zamanlar suya çıxa biləcək bir avtomobil fikri artıq xəyal deyil. Reuters agentliyinə danışan İxtiraçılarından biri Kərim Amin, “Əvvəllər Misir xaricində yaşadığım zaman bu layihəni edib sonra Misirə gətirmək istədim” – deyə açıqlama verib.
Daha sonra Dostu Al Manşavi ilə danışaraq Amin beyin fırtınası etdiklərini və bu vasitəni Misirdə istehsal etməyi planlaşdırdıqlarını bildirib.
“Misirdə həqiqətən yaxşı qaynaqlar tapdıq və avtomobili istehsal etdik” deyən Amin, maşının tamamilə Misirlilər tərəfindən Misirdə və Misir qaynaqları ilə istehsal edildiyini söyləyib.
Aminin sözlərinə görə, avtomobilin yalnız mühərriki Yaponiyada istehsal olunur.
Bəs QİYMƏT NƏDİR?
Suya davam edən vasitənin qiyməti xüsusiyyətlərindən asılı olaraq dəyişir. Qiymətlər 10.000-44.000 dollar arasındadır.
Sözügedən avtomobilin görüntüləri sosial mediada da geniş müzakirələrə yol açıb. Amin və dostları avtomobilin yeni inkişaf etmiş su və amfibi versiyasını hazırladıqlarından çox məmnundurlar. Dostlar avtomobilin iki il ərzində bazara çıxacağını da qeyd ediblər. Onlar bu avtomobilin dəniz adrenalin üçün son vasitə olduğunu düşünürlər.
Turan Oruc
Medianews.az