2019-cu il aprelin 6-da Azərbaycanda Həsənovlar ailəsində 10 milyonuncu vətəndaşımız dünyaya gəldi.
Doğulan balaca qızın adını isə valideynləri birinci xanımın şərəfinə Mehriban qoydular. Bunun başlıca səbəbi isə Mehriban Əliyevanın vətəndaşlara, ən əsas da körpələrə hər zaman qayğı və həssaslıqla yanaşmasıdır.
Mehriban Həsənovanın atası Rauf Həsənov polis serjantı, anası Nigar Ocaqova orta məktəb müəlliməsidir.
Qeyd edək ki, həmin vaxt 10 milyonuncu vətəndaşın dünyaya gəlişi münasibəti ilə Prezident və xanımı körpənin valideynlərini və Azərbaycan xalqını təbrik etdi.
Medianews.az “modern.az”a istinadən bir neçə gün öncə iki yaşı tamam olan balaca Mehribanın yeni fotolarını təqdim edir.