“İnsanlar riski qəbul etmir, hələ bu vəziyyətdə maskasız hərəkət edirlər. Bu, belə davam etməyəcək. Qısa zamanda yenidən bağlanmaya gedəcəyik”.
Medianews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, karantin rejiminin yumşaldığı vaxtda vətəndaşlar məsuliyyətli olmalıdır:
“Hökumətin düzgün etmədiyini deyib, yükü onun üzərinə qoymaq yanlışdır”.