Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib.

Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, partlayış Beyrut limanının 12-ci blokunda , anbarların olduğu yerdə baş verib. Pirotexniki vasitələr saxlanılan anbarda baş verən partlayış nəticəsində şəhərin müxtəlif yerlərində pəncərə və qapılar sınıb, insanlar yaralanıb.

Partlayışdan sonra 2 kilometr ərazinin məhv olduğu bildirilir.

Sözügedən dəhşətli partlayışın görüntülərini təqdim edirik.