Moskvada 2-ci sinif şagirdi telefonla oynayan zaman güclü elektrik cərəyanı vurub.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, uşaq ölüb.
Faciə aprelin 30-da baş verib. Şagird şəbəkəyə qoşulmuş şarj cihazını ağzına götürüb və naqili dişləri ilə sıxıb.
Mərhumun meyitini atasının uşağın yatıb-yatmadığını yoxlamaq üçün göndərdiyi 13 yaşlı qardaşı aşkar edib. Yeniyetmə döşəkdə oğlanın cansız bədənini görüb.
Medianews.az