Aprelin 18-i saat 02:20-də Bakı-Quba-Dağıstan avtomobil yolunun 23-cü kilometrliyində yerləşən stasionar YPX postunda Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının əməkdaşları tərəfindən “Renault” markalı taksi minik avtomobili saxlanılıb.
Oxu.Az xəbər verir ki, yoxlama zamanı avtomobildə sərnişin qismində gedən 1986-cı il təvəllüdlü, Masallı rayon sakini Şirinov Rüfət Feyruz oğlu xüsusi karantin rejimini pozduğuna görə barəsində sənədləşmə aparılması üçün posta dəvət edilib.
Onun narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan Abşeron Rayon Polis İdarəsinə gətirilib. Üzərinə baxış keçirilən zaman psixotrop maddə sayılan metamfetamin aşkar edilib. O, narkotik vasitəni yoldan tapdığını deyib.
Faktla bağlı araşdırma aparılır.