Bakıda gənc oğlanın əmisi oğlunu küçədə bıçaqlaması kameraya düşüb.

BAKU.WS xəbər verir ki, hadisənin görüntüsü ARB TV-də yayımlanan “Kriminal” verilişində təqdim olunacaq.

Anons videosunda göstərilən kadrlar hadisənin necə baş verdiyini gözlər önünə sərir.

Qeyd edək ki, bu il martın 1-də Yeni Yasamal-1, Xiyabani küçəsi, 33-də yerləşən gözəllik salonunun qarşısında Kamil Sətdarlı qisas məqsədi ilə əmisioğlu Emin Babaverdiyevə (1993-cü il təv) hücum edərək, arxadan qəflətən bədənin müxtəlif nahiyyələrinə 3 zərbə endirib və hadisə yerindən qaçıb.

Özəl tibbi klinikalarından birinə çatdırılan zərərçəkmiş orada keçinib. Şübhəli şəxs Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.