46 yaşlı kişi dini nikahla yaşadığı qadına qız övladına hamilə olduğu üçün işgəncə verib.
Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Antaliya şəhərində baş verib.
Şiddətə məruz qalan qadın xəstəxanaya yerləşdirilərək başına 28 tikiş vurulub. Gördüyü işgəncələrin nəticəsində 32 yaşlı qadının övladı ana bətnində ölüb. Gonca Sadıklı adlı gənc qadın 2014-cü ildən etibarən Antaliyada 5 ulduzlu oteldə işləyir. O, işə başladığı ildə İbrahim adlı şəxslə tanış olub. Tanış olduqdan bir il sonra onlar dini nikahla ailə qurublar. İbrahim adlı şəxsin ölən həyat yoldaşından 3 qız övladı olub. O, Gonca Sadıklıdan oğlan övladı dünyaya gətirməsini istəyib. Bir müddət sonra hamilə olan qadın övladının cinsiyyətini müəyyən edib. O həyat yoldaşına qız övladlarının olacağını dedikdə ağır işgəncələrə məruz qalıb.
İddialara görə, alkaqol və qumar aludəçiliyi olan İbrahim adlı şəxs qadını hər axşam döyüb. Gonca Sadıklı hamiləliyinin səkkizinci ayında məruz qaldığı işgəncələrin ucbatından övladını itirib.
Gənc qadın hazırda anasının evinə sığınıb. O, məhkəmə qərarı ilə həyat yoldaşının özündən uzaqlaşdırılmasını təmin etsə də qorxduğunu bildirir.