“X-lady” ticarət mərkəzində baş verən yanğının səbəbləri aydınlaşmağa başlayıb.
Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın “X-lady” ticarət mərkəzinin yanındakı “İzabel” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisdən başalayıb.
Hadisəyə səbəb həmin ofisdəki printerlərdən birinin partlaması olub. Ətrafa yayılan alov qısa zamanda “X-lady” ticarət mərkəzinə də keçib.
Yanğın söndürülsə də, 3-cü mərtəbədəki ayaqqabı anbarına ziyan dəyib. “X-lady” ticarət mərkəzinin isə dam örtüyü yanaraq, yararsız hala düşüb.
Məlumata görə, yuxarı mərtəbələrdəki mallara da ziyan dəyib.