İlkin nəticələrə görə, 24 iyun prezident seçkilərində qələbə qazanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Huber Sarayında seçkilərin nəticələrini izləyən Ərdoğan sarayın qarşısına toplanan vətəndaşlara xitab edib.
Musavat.com-un məlumatına görə, Ərdoğan səs verən hər kəsə təşəkkür edib: “Əziz millətim, dünyanın harasında olursa-olsun qəlbi bizimlə vuran dəyərli vətəndaşlarımı səmimi duyğularımla salamlayıram. 24 iyun seçkilərinin ölkəmiz, millətimiz üçün xeyirli olmasını Allahdan diləyirəm. Şəxsimə, partiyama, ittifaqımıza səs verən qardaşlarıma təşəkkür edirəm. Bu gün millətimiz özgür iradəsi ilə məntəqələrə gedərək səs verdi. Seçkilərdə iştirak edən namizədləri təbrik edirəm. Ümid edirəm ki, heç kim seçki sisteminə və nəticələrinə kölgə salaraq demokratiyanın böyük gücünə zərər verməyəcək”.
Ərdoğan Ankarada balkon çıxışı edəcəyini bildirib.
***
Rəcəb Tayyib Ərdoğanın Ankaraya səfərinin təxirə salındığı, balkon çıxışının bazar ertəsi baş tutacağı məlumatları gəlsə də, son anda Ərdoğanın hava limanına gedərək İstanbuldan Ankaraya doğru yola çıxdığı bildirilib.
Ərdoğanın bu gecə Ankarada balkon çıxışı edəcəyi gözlənilir.
Musavat.com