Aslıhan Doğanla evli olan məşhur futbol ulduzu Arda Turan ata olacağını öyrəndikdən sonra özünə hədiyyə alıb.
“Ölkə.Az” xəbər verir ki, Ardanın yeni hədiyyəsinin qiyməti 2 milyon lirədir (təxminən 1 milyon manata yaxın).
Evləndikdən sonra Çubuklu Vadi səmtinə köçən Arda qarajına yeni lüks avtomobil əlavə edib.
Ardanın qarajında 600 min avroluq “Bentley Bentayga”, 600 min manatlıq “Mercedes AMG GTS”, 300 min manatlıq “Mercedes S500” və 200 min manatlıq “BMW 5.30” avtomobili var. Futbolçunun yeni seçimi isə “Lamborghini Gallardo” olub.