Türkiyənin Azərbaycan əsilli müğənnisi Nuray Hafiftaş uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki o, bir neçə saat əvvəl müalicə aldığı xəstəxanada keçinib.
Nəzərinizə çatdıraq ki, Hafiftaş ötən ilin iyun ayında qara ciyər xərçənginə yoluxub. Onun müalicə xərclərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üzərinə götürsə də, üzərində aparılan əməliyyatlar bir nəticə verməyib.
Allah Rəhmət Eləsin!