Mixail Saakaşvili bildirib ki, Polşada ona dövlət mühafizəsi ayrılıb.
“Rustavi-2” televiziya şirkətinə müsahibəsində o deyib ki, onu “Polşada çox mehribanlıqla qarşılayıblar”.
“Məni qonaqpərvərliklə qəbul etdilər, mənimlə artıq Polşa parlamentinin deputatları görüşüblər. Mən ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə danışdım, mənə dövlət mühafizəsini ayırdılar”, – M.Saakaşvili vurğulayıb.