ABŞ-ın Çikaqo şəhərində yaranan şiddətli qar fırtınası həyatı iflic edib.
Axar.az xəbər verir ki, qalın qarınlığı bəzi yerlərdə 30 sm-ya qədər çatır. Şəhərdə 300-dən çox qar təmizləyən maşının çalışdığı deyilir. Əlverişsiz hava şəraiti səbəbindən bəzi idarə və məktəblərdə tətil elan edilib.
Ehtiyac olmadığı müddətdə əhaliyə küçəyə çıxmamaq məsləhət görülür.
Qeyd edək ki, ABŞ-da güclü qar səbəbindən 1500 aviareys ləğv olunub.