Səudiyyə Ərəbistanında daha 11 şahzadənin saxlanıldığı barədə xəbərlər yayılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının sabq.org saytı xəbər verib. İranın rəsmi dövlət telekanlı olan Press TV də öz tvitter hesabında bu barədə məlumat yayıb.
Məlumatda iddia olunur ki, ölkədəki sosial-iqtisadi səbəblərlə “kəmər sıxma” tədbirlərinə etiraz edən 11 şahzadə kral ailəsinə aid saraylardan birində toplantı keçirib. Onlar kral ailəsi mənsublarının elektrik, su və başqa xərclərinin bundan sonra dövlət tərəfindən ödənilməyəcəyi barədə qərarın ləğv edilməsini tələb ediblər.
Şahzadələr, qohumlarından biri barəsində çıxarılmış edam cəzası üçün təzmina tələb ediblər. Məlumatda bildirilir ki, şahzadələr, sarayı tərk etmək barədə tələbi rədd etdikləri üçün həbs edilərək, Hair təcridxanasına aparılıblar.