“Övladı üçün məhkəmə işinə ehtiyac duyulmadı. Ona məhdudiyyət qoymadım ki, oğlunu həftədə bir dəfə görsün. Ürəyi istədiyi zaman gəlib uşağını götürə bilər”.
Bu sözləri ARB TV-nin “Günə davam” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz deyib.
Belə ki, bir müddət əvvəl türkiyəli həyat yoldaşı Deniz Soyuözdən ayrılan sənətçi şəxsi həyatından danışıb:
“Sevgi ilə yaşayan insanam. Hər gün sevgini çağırıram. Hədsiz sevgi etirafı, evlilik təklifi alıram. Çox seçici insanam. Sadəcə, həyatıma girəcək adam yaxşı bir insan olmalıdır. Keçmiş səhvləri təkrarlamamalıyam”.