Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs olunub.
BAKU.WS-in məlumatına görə, bu bardə Lider Tv-də yayımlanan “Bu bizik” verilişinin aparıcı deyib.
Onun sözlərinə görə, Leylanı əməliyyat edən əslən iranlı Siruz Qoçxani aparılan araşdırmalardan sonra həbs olunub.
“Keçən aylarda bizim bir model-aktrisamız var idi. İrandan gələn həkim onu Bakıda əməliyyat etdi”, – deyə Tolik bildirib.
Bu il iyunun 22-də model Leyla 16:00-da əməliyyata alınıb. Əməliyyat saat 18:00-da yekunlaşıb və model palataya köçürülüb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürülüb.
Orada da lazımı tibbi yardım göstərilib. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib.