Türkiyə Silahlı Qüvvələri bu gün 1 əsgərin şəhid olduğu Hakkari vilayətində terrorçulara qarşı hava əməliyyatı keçirib.
Axar.az xəbər verir ki, şəhid xəbərindən sonra dərhal əks-hücuma keçən türk əsgəri 4 terrorçunu məhv edib.
Bölgədə PKK-çılara qarşı axtarış və məhvetmə əməliyyatlarının davam etdiyi bildirib.