Türk model və pilates məşqçisi Əbru Şallı azərbaycanlı milyader Mübariz Mənsimovdan iş təklifi alıb.
Qaynarinfo.az xəbər verir ki, məşhur modelə Bodrumdakı “Palmarina” otelində 3 ay ərzində həftənin 6 günü və gündə 2 dəfə pilates dərsləri verməyi təklif edib.
Əbru Şallı həm də çimərlikdə və hovuzda kamera qarşısına keçərək otelin reklam üzü olacaq. Mübariz Mənsimov modelə 500 min lirə təklif edib.
Əbru Şallı təklifi düşünmədən qəbul edib.