Ermənistanda hökumətin iştirakı olmadan heç bir kölgə iqtisadiyyat yaratmaq mümkün deyil.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni iqtisadçı Vaaqn Xaçatryan söyləyib.
“Ermənistanda əsas problem həm siyasi, həm də iqtisadi rəqabətin olmamasıdır. Siyasət sahəsində Ermənistan Respublika Partiyasının monopoliyası mövcuddur. Bu partiya kommunist partiyasına bənzəyir. Ermənistan həmçinin sosializm ideologiyasından yaxasını qurtara bilməyib, əksinə, son illər o daha da güclənib.
İqtisadiyyata gəlincə isə burada da monopoliya var. Ölkədə hökumətdən icazə almadan heç bir bizneslə məşğul olmaq mümkün deyil. Bu, həm də investisiyalara aiddir. Əsas qanun deyil, əsas sənin haminin olmasıdır. Ölkədə rəqabət yoxdur və biznes inkişaf etmir. 2008-ci ildə Ermənistanın ümumi daxili məhsulu 11,6 milyard dollar idisə, indi bu göstərici 10,5 milyard dollardır. Ölkənin demoqrafik, işsizlik və kasıblıq problemi həll edilmir. 2008-ci ildə ölkənin xarici borcu 1,2 milyard dollar idisə, indi o 6 milyarddır. Ermənistandakı özəl sektorun 90%-i oliqarx-monopolistlər tərəfindən idarə olunur. Ona görə də seçim azadlığımız yoxdur”, – deyə o bildirib.