Rusiyanın Surqut şəhərində yaşayan azərbaycanlı 16 və 17 yaşlı Kristina və Emiliya Əhmədova bacıları oktyabrın 15-də evdən çıxmış və qayıtmamışdılar.
Virtualaz.org “MegaTyumen.ru” saytına istinadən xəbər verir ki, yeniyetmə qızların axtarışı bu gün uğurla nəticələnib və onlar evlərindən 1200 kilometr uzaqda – Omsk şəhərində aşkarlanıblar.
Qızların ailə üzvləri artıq onların dalınca Omska yollanıblar. Mənbənin bildirdiyinə görə, qızların evi tərk etməsinin səbəbləri hələlıik bəlli deyil.