Bu gün E qrupunda keçirilən iki oyunla bütün 1/8 finalçılar bəlli olub. Başa çatan oyunlar həm də Türkiyə millisinin taleyini həll edib.
Altı xala sahib olan İtaliya millisi İrlandiya ilə mücadilə aparıb. Son oyunda uduzmasına baxmayaraq Antonio Kontenin komandası qrup liderliyini qoruyub.
İtaliya – İrlandiya 0:1
İtaliya – İrlandiya qarşılaşmasında hesab 85-ci dəqiqədə açılıb. Qolun müəllifi İrlandiya millisinin futbolçusu Bradi olub.
İsveç-Belçika 0:1
Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gəlib. Skandinaviyalıları yalnız qələbə qane edirdisə, belçikalılara bir xal da kifayət idi.
İsveç-Belçika oyununda hesab 84-cü dəqiqədə açılıb. Belçika millisinin futbolçusu Nainqqolan 84-cü dəqiqədə topu İsveç komandasının qapısından keçirib.
İrlandiyalılar qələbə sayəsində dörd xalla qrupun 3-cüsü olublar .
Qeyd edək ki, Türkiyənin çempionatda qalması üçün Belçika və İtaliyanın uduzmaması lazım idi. Lakin İtaliyanın uduzması Türkiyənin çempionatdakı yollarını kəsib. Türkiyə futbol komandası Avro 2016-da mübarizəni dayandırıb.
Musavat.com