Bir çox dünya ulduzunun sosial şəbəkələrdəki hesablarını qıran hakerin məhkəməsi başlayıb.
Axar.az xəbər verir ki, Cenifer Lorens, Kim Kardaşyan, Rihanna kimi ulduzların onlayn hesablarını qıran Ryan Kollinsi 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir. Kollins məhkəmədə şəxsi kompüterlərə məlumat toplamaq məqsədilə girdiyini etiraf edib. Buna görə də onun cəzasının yüngülləşdiriləcəyi gözlənilir.