Ana olmağa hazırlaşan müğənni Sevda Sanəliyeva övladı ilə yeni fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, sənətçi oğlu ilə bağlı təəssüratlarını yazıb: “Cənnət mələyim. Dünyanın ən gözəl zənginliyi, ən gözəl hissi, sevinci, arxayınlığı, duası, arzusu, gözəl yeri övladdır, onun yanında olmaqdır. Onun qollarını açıb, səni istəməsi Allahın sənə bəxş etdiyi ən böyük mükafatdır. Şükür rəbbimə… Olmayanlara da nəsib”.