Hindistanın Qucarat ştatında əyləncə parkında baş verən yanğında ilkin məlumata görə, 20 nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.
Polisdən verilən məlumata görə, daha çox insan tələfatının ola biləcəyi və xilasetmə işlərinin davam etdirildiyi bildirilib. Hindistanın baş naziri Narendra Modi X sosial media hesabından verdiyi açıqlamada yerli hökumətin yanğından zərər çəkənlərə yardım etdiyini və çox təəssüfləndiyini bildirib.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Medianews.az