Türkiyənin Bursa şəhərində həyat yoldaşı Burcu Aydanı 4 uşağının gözü qarşısında öldürən Mustafa Ali Ayda ömürlük həbs cəzası alacağını öyrənincə həbsxanada geyindiyi idman paltarının ipini boğazına bağlayaraq intihar edib.
Medianews.az xəbər verir ki, intihar edən şəxs həyat yoldaşını bir neçə ay öncə qətlə yetirmişdi.
Hadisə ötən ilin dekabrında saat 04.30 radələrində baş verib. Mustafa Ali Ayda həyat yoldaşı, 4 uşaq anası Burcu Aydanın yaşadığı evə gəlib. Burcu Ayda ilə mübahisə edən Mustafa Ali Ayda 10 ildir evli olduğu həyat yoldaşını yanındakı bıçaqla 1-i sol döş qəfəsindən olmaqla 3 dəfə bıçaqlayıb və qaçıb. Burcu Ayda və uşaqların qışqırtılarını eşidən şübhəlinin anası Medeni Ayda və qonşuları qadını yaralı halda qapının ağzında tapıblar.
Qonşuların xəbəri ilə ünvana polis və təcili yardım gəlib. Hadisə yerinə gələn tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilən Burcu Aydanı aparıldığı Kestel Dövlət Xəstəxanasında həkimlərin müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Burcu Aydanın şikayəti ilə dəfələrlə ona yaxınlaşmasına qadağa qoyulan Mustafa Ali Aydanın narkotik aludəçisi olduğu və bu səbəbdən üç dəfə xəstəxanada stasionar müalicə aldığı məlum olub.
Medianews.az