1454920043_azad_rehimov-2014

“Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda “Formula – 1″ yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik”.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: “Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq”.