“Üzüklərin hökmdarı” filmlərində Kral Teoden obrazı ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib.
Medianews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Daily Mail yazır.
Öləndə sənətçinin 79 yaşı var idi. Lakin onun ölümünün səbəbləri hələlik açıqlanmayıb.
Bernard Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. Aktyor 1970-ci illərdə filmlərdə rol almağa başlayıb. Tamaşaçılar onu dünyaca məşhur “Üzüklərin hökmdarı” film trilogiyasında Kral Teoden və “Titanik” romantik dramında Kapitan Edvard Smit rollarına görə xatırlayırlar.