“Biz əlimizdən gələni edirik”.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Neft Naziri Suheyl ibn Məhəmməd əl -Mazuri, neft qiymətlərini qorumaq üçün əllərindən gələni etdiklərini, ancaq neft hasilatını azalmaq məqsədilə edilən təzyiqin ədalətli olmadığını bildirib.
Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə nazir BƏƏ-nin paytaxtı Əbu -Dabidə təşkil edilən enerji konfransında qeyd edib.
“Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEK) neft qiymətlərini qorumaq üçün əlimizdən gələni edirik. Ancaq neft istehsalını azaltmaq məsələsində təzyiq göstərməyimiz ədalətli deyil. Bazarda tarazlığın yaranması üçün ora müdaxilələri dayandırmalıyıq”, – deyə nazir əlavə edib.
Breitling Energy şirkətinin rəhbəri Kris Folkner isə konfransında çıxış edərək bildirib ki, OPEK bazarı həddindən artıq neftlə təmin etmək strategiyasından imtina etməlidir:
“Bu ABŞ-dakı şist neft istehsalçılarının bazardan çəkilməsinə səbəb olacaq. Səudiyyə Ərəbistanın məqsədi ABŞ-ın neft hasilatına təzyiqi artırmaqdan ibarətdir. Bunun təsiri artıq ən yüksək həddə çatıb. Bundan daha da çox ola bilməz. Səudiyyə Ərəbistan bazarda yeni dəyşikliyin olmayacağı həqiqətini qəbul etməlidir”, – deyə o qeyd edib.
Xatırladaq ki, dünən dünya bazarında WTI neftinin fevral fyuçeslərinin qiyməti 1 barelə görə 4,7% ucuzlaşaraq 29,99 dollar təşkil etmişdi.