Hindistanda dəhşətli hadisə baş verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Tirumala Rao adlı şəxs 5 yaşlı uşağı bağçadan qaçıraraq, dini ayin zamanı onu başını kəsərək, öldürüb.
Uşağı evinə aparan 35 yaşlı şəxs dini ayini reallaşdırdıqdan sonra onun başını kəsərək, qanını bir qaba boşaldıb. Daha sonra həmin qanı evin hər bir tərəfinə töküb.
Uşağını bağçadan almağa gedən ana, şahidlərin birinin sözü ilə Rao adlı həmin şəxsi izləyib.
Bir qrup kəndli ilə Raonun evinə gedən ana, uşağının cansız bədənini görüb. Kəndlilər evdən qaçmağa nail olan cinayətkarın arxasınca düşüblər və onu tutmağa nail olublar.
Kəndlilər cinayətkarı ağacın dirəyinə bağlayıb, üstünə yandırııcı maddə tökərək, yandırıblar. Hadisə yerinə gələn polis cinayətkarı xəstəxanaya çatdırıb.
Qeyd edək ki, hadisə Hindistanın Prakasam əyalətində yaşanan ilk belə dini ayin cinayətidir.