Türkiyənin “Best Model 2015” birinciləri Yılmaz Kunt və Yağmur Ayrık həyatları və karyeraları haqda danışıblar.
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, Ayrık keçən il yarışmada “gələcək vəd edən” mükafatını qazanıb, bu il isə birinci olub. 180 santimetr boylu, 22 yaşlı qızın ən böyük arzusu aktrisa olmaqdır. O, bu yarışmadan çıxan oğlanların daha məşhur olması ilə bağlı sindromu qırmaq niyyətindədir:
“Modellərin verdiyi çılpaq pozlar mənə çox uzaqdır. Ailə tərbiyəm buna uyğun deyil. Film sahəsində Türkan Şoray qədər də olmasa Şoray qanunlarını qoruyacağam”.
21 yaşlı Yılmaz Kunt isə Kıvanç Tatlıtuğ, Kenan İmirzalıoğlu, Burak Özçivit və Çağatay Ulusoydan sonra bu yarışmadan çıxan növbəti ulduz kimi proqnozlaşdırılır.
İndiyə qədər model və ya aktyor olmağı fikirləşməyən Yılmaz başına gələnləri belə danışıb:
“Məncə, İstanbul yaşamaq deyil, gəzmək üçün idealdır. Ona görə həftə sonları İstanbula gəlirdim. İndiki menecerim məni orada görübmüş. İnstaqramda mesaj yazdı, yarışmaya qatılmaq üçün isə son gün idi… Bir də gördüm ki, müsabiqəyə hazırlıq düşərgəsindəyəm. 7 ayda 14 kiloqram arıqladım”.
O, tez-tez əxlaqsız təkliflər aldığını deyir:
“Həm yazılı olaraq təkliflər gəlir, həm də foto göndərirlər. Bunlar özümü bəzən pis hiss etdirir. Seksual olaraq qəbul edilmək pis deyil, amma insan özünü bir əşya kimi görür”.
Kunt bu mövsüm Kanal D-də başlayacaq yeni serialda çəkiləcəyini deyib.
http://s018.radikal.ru/i527/1509/78/18541c27609d.jpg
http://s018.radikal.ru/i522/1509/01/326092dee3dd.jpg
http://s019.radikal.ru/i607/1509/d4/f0f167b084fb.jpg
http://s017.radikal.ru/i413/1509/a3/f0d08a41f004.jpg
http://s42.radikal.ru/i097/1509/4a/8badda5712e9.jpg
http://s017.radikal.ru/i405/1509/20/9875a324e1f2.jpg