İtaliyada canlı yayımlanan yemək proqramlarının birinin qonağı hündür daban ayaqqabıda gimnastika etmək istəyərkən az qala ayağını qırırdı.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kablokda tullanan qadının zəmində ayağı sürüşdüyü üçün başı yerə dəyib və bir müddət bu halda qalmalı olub. Köməyinə aparıcı və aşbaz çatan qonağın bu halını görən rejissor reklam arası verməyə məcbur olub.