“Yosef Blatterin yenidən FİFA prezidenti seçilməsi ABŞ və İngiltərənin 2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinə əngəl törətməsinə maneçilik yaratdı”.
AzNews.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov özünün İnstagram səhifəsində yazıb:
“Hörmətli dostlar. Harada Putin varsa, orada qələbə də var. ABŞ və İngiltərənin Rusiya ilə bağlı provokasiyaları sonda məğlubiyyətə uğradı”.
Qeyd edək ki, Blatter dünən İsveçrənin Sürix şəhərində keçirilən Konqresdə yenidən FİFA prezidenti seçilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.