FaktXəbər-in verdiyi məlumata görə, Belorusiya prezidneti Aleksandr Lukaşenko təqribən 16 saat çəkən «Normand dördlüyü»nün görüşü barədə danışıb. Onun sözlərinə görə danışıqlarda iştirak edən hər kəsə yemək və içki verilib: «Hər kəsə Belorusiyada, Rusiyada hazırlanan yeməklər təklif olunub. Qayğanaq, pendir, süd yedilər, gümrahlıq üçün vedrə-vedrə kofe içildi»
«Yeri gəlmişkən heç kəs spirtli içkidən istifadə etməyib», deyə o, vurğulayb
Belorusiya prezidenti ancaq ekspertlərin, onların da növbə ilə yatdıqlarını bildirib: «Çünki belə sənədlər hazırlanarkən ayıq baş lazımdır».
O, özünün və digər dövlət başçılarının yatmadığını deyib.
Xatırladaq ki, Rusiya, Fransa, Ukrayna dövlət başçılarının, həmçinin Almaniya kansleri Minks danışıqları zamanı Donbasda 15 fevraldan etibarən atəşin dayandırılması barədə razılığa gəliblər. Onlar həmçinin təmas xəttindən ağır artileriyanın çəkilməsi barədə razılığa gəliblər.