Azərbaycanın bəzi rayonlarda “Bozbash pictures” serialının əsas obrazları Şəmi və Fəlakətin adına açılmış obyektlər fəaliyyət göstərir.
Axşam.az xəbər verir ki, tamaşada Şəmi obrazını canlandıran aktyor İlkin Həsəni buna münasibət bildirib. O deyib ki, bu tip obyektlərə qadağaların qoyulması mümkündür:
“Layihənin və obrazların müəllif hüquqları bizə məxsus olduğu üçün həmin obyektlərə qadağa qoya bilərik. Yəni onlardan bu adların dəyişdirilməsini tələb edə bilərik. Amma etmirik. Çünki insanlar bunu bizi sevdiyi üçün edir. Hətta Ağdaşda Fəlakətin adına avtoyuyucu, Mərəzədə isə mağaza var. Halal xoşları olsun. Gedib, pullarını qazansınlar”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.