FaktXəbər-in verdiyi məlumata görə, dünən hakim «Gürcü arzusu» Partiyası ilə sabiq prezident Mixail Saakaşvilinin «Vahid Milli Hərəkat»ının deputatları arasında davaya görə Gürcüstan Parlamentinin iclası yarımçıq qalıb.
Davanın başlanmasına səbəb «Milli Hərəkat»ın nümayəndəsi Akaka Boboxidzenin müxalifi «Gürcü arzusu»na qarşı söyüş söyməsi olub. Hadisəyə qadınlardan və Parlamentin sədri David Usupaşvilidən başqa demək olar ki, bütün deputatlar qoşulub. Plastmas butulkaların və masadan kökündən qoparılan mikrafonların işə düşməsi nəticəsində hakim partiyanın nümayəndələri Levan Berdzenişvili və David Lortkipanidze yaralanıblar. Hadisə yerinə təcili yardım çağırılıb. FaktXəbər olaraq dünən deputatların arasında baş verən münaqişənin videogörüntüsçünü təqdim edirik.