İngiltərə mətbuatı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların doğurduğu maraqlı hallardan yazıb.
“Daily Mail”də gedən məqalədə vurğulanır ki, Moskva mağazalarında müştərilərə çirkli ayaqqabılarını silmək üçün Amerika bayrağı formasında hazırlanmış ayaqaltılar təklif olunur. Hətta bununla bağlı “Daily Mail”in saytı Moskva mağazalarının birində çəkilmiş fotonu oxuculara təqdim edib.
Şəkildən də göründüyü kimi, qapını açıb mağazaya daxil olan müştərilər ilk olaraq ABŞ bayrağının üstündən keçməli olurlar.
Britaniya jurnalistlərinin fikrincə, bu addım rus biznesmenlərinin Qərbin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalara qəzəbli cavabıdır.
Britaniya qəzetinin bəzi oxucuları, məqaləyə şərh yazanlar isə bildirirlər ki, belə ayaqaltılarını dünyanın hər yerində satmaq lazımdır: “Bu, o demək olar ki, əksər ölkədə populyarlıq qazanacaq”.
Bir başqa şərhdə isə vurğulanır: “Mən amerikalıyam və başa düşürəm ki, insanlar niyə belə addım atırlar!”
Çoxsaylı şərhlərdə daha sonra vurğulanır ki, tezliklə mağazalarda ABŞ bayrağının şəkili olan tualet kağızları da peyda olacaq. Vesti.ru isə yazır ki, onlar haqlıdır, artıq Moskvada belə tualet kağızları satışda var. Düzdür, adi tualet kağızından baha olsa da belə bu məhsullar artıq satışda var” (palitranews.az).