İŞİD daha bir kütləvi qətliam həyata keçirib. Musavat.com-un Türkiyə mediasına sitinadən verdiyi məlumata görə, İŞİD bu dəfə 13 nəfəri güllələyərək şəkillərini yayıb.
Şəkillər sosial şəbəkədə İŞİD tərəfdarları tərəfindən yayılıb. Fotolardan narıncı rəng geyinmiş şəxslərin dizi üstə dayandıqları görünür. Hər bir qurbanın arxasında isə maskalı İŞİD döyüşçüsü yer alıb. İkinci şəkildə silahların havaya qalxdığı, üçüncü şəkildə isə yerə sərilmiş meyitlər görünür.
Qətliama tamaşa edənlər arasında uşaqların da yer aldığı fotolarda əksini tapıb.