Fakt üzrə araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısını alıb.
Oxu.Az-ın Penitensiar xidmətə istinadən verdiyi məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4 və 181.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib.
Bu zaman, “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə – marixuana və 0,68 qram narkotik maddə – tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
http://s50.radikal.ru/i130/1410/34/3ce13179187f.jpg
http://s019.radikal.ru/i633/1410/86/9db3f92309b7.jpg
http://s019.radikal.ru/i614/1410/1d/8930154f1cf7.jpg
http://s48.radikal.ru/i119/1410/e5/f5cc28346db6.jpg