“İraq Şam İslam Dövləti” qruplaşması sosial şəbəkələrdə yeni video yayıb. Görüntülərin Suriya ərazisində çəkildiyi bildirilir. Videoda İŞİD düşərgələrindən birində silahlı təlimdən görüntülər yer alıb.
Silahlılar hərbi təlim keçirlər. Görüntülərin sonunda İŞİD üzvləri maşın karvanı ilə Suriyanın Rəqqa şəhərinin küçələrində gəzirlər.
Qeyd edək ki, videogörüntülər ABŞ və beynəlxalq koalisiya tərəfindən İŞİD-in Suriya ərazisindəki mövqelərini bombardman etməsi fonunda yayılıb. Son məlumata görə, Suriya ərazisində İŞİD-ə qarşı 16 hava hücumu həyata keçirilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.