Anomal istilərin ardınca ara-sıra yağışlar və nəhayət qar. Qəbələyə yay çıxmamış, qış gəlib. Ötən gün dağlara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.
Rayonun Laza kəndinə qarın düşməsilə havanın temperaturunda kəskin enmə müşahidə olunub. Sinoptiklər temperaturun 8-10 dərəcə aşağı düşdüyünü bildiriblər.
Dağın ətəyində yaşıllıq, arxa fonda ağ örpəyə bürünmüş dağ gözəl mənzərə yaradıb.Milli.Az
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.