Ukrayna Ali Radasının dəhlizində fraksiya üzvləri olmayan deputatlar Aleksandr Şevçenko və Oleq Lyaşko dalaşıblar. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, mübahisə zamanı Şevçenkonun həmləsindən sonra Lyaşko yerə sərilib.
Mübahisənin nə səbəbdən yarandığı hələ ki açıqlanmır. Ancaq videodan məlum olur ki, Lyaşko fəal şəkildə Şevçenkoya Donbasa getməyi təklif edir. Onun fikrincə, Şevçenko terror əleyhinə əməliyyatlar aparılan ərazilərdə olmayıb. Sözlə başlayan mübahisə sonradan qızışıb və Şevçenko elə bərk itələyib ki, Lyaşko yerə sərilib. Onu yaxınlıqda olan adamlar qaldırıblar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.