“Erməni soyqırımı”nın 100 illiyi yaxınlaşdıqca dünyadakı erməni diasporunun fəallığı da artıb. Modern.az-ın xəbərinə görə, qondarma soyqırım həqiqətlərini geniş kütləyə yaymaq üçün diaspora erməniləri Almaniyanın Vuppertal şəhərində “Sinoian” markalı etnik moda mərkəzi təsis ediblər. Emil Bolbolyan adında şəxsin qeydiyyatdan keçirdiyi moda mərkəzi “Sinoian” markası altında erməni mövzularında, xüsusən “erməni soyqırımı”nı təbliğ edən qadın və kişi köynəklərini istehsal edirlər. Dünyanın 30-dan artıq ölkəsində, o cümlədən ABŞ, Rusiya, Kanada, İspaniya, İsrail, Fransa, Braziliya Argentina və s. ölkələrdə “Sinoian” moda evinin istehsal etdiyi köynəkləri almaq mümkündür.
Maraqlıdır ki, satışın gerçəkləşdiyi ölkələrdən biri də Türkiyə Respublikasıdır. Türkiyə vətəndaşı erməni şirkətinin məhsulunu əldə etmək üçün 10-30 avro arasında vəsait ödəməlidir. Bununla paralel olaraq şirkət rəhbərliyi dünya ulduzlarını da “Sinoian” markalı geyimlərlə təmin edərək “erməni soyqırımı” təbliğatını onların vasitəsilə də aparmağa çalışırlar. 1915-ci hadisələrini soyqırımı kimi qələmə verən təbliğat köynəklərini reklam edən şəxslər arasında bir neçə Hollivud filmində kiçik rollar alan və daha çox reper kimi uğur qazanan afroamerikalı “The Game”, “Methood Man”, “MTV Amerika”nın aparıcısı Sway Calloway və vaxtı ilə tanınmış müğənni Beyonsun da iştirakçısı olduğu “Destiny`s Child” qrupunun solisti Farra Franklin də var. “Sinoian” moda mərkəzi 2015-ci ilə qədər fəaliyyətini genişləndirmək və satışlarını artırmaq niyyətindədir.
http://s004.radikal.ru/i205/1408/cb/32563bed94b5.jpg
http://i056.radikal.ru/1408/eb/35950ee8e967.jpg